AVTOMOBIL

 

Mühərrik

 

 Hər bir nəqliyyat vasitəsinin ürəyi mühərrikdir. Avtomobili istifadə etmə imkanı bilavasitə mühərriyin vəziyyətindən asılıdır. Mühərriyin vaxtlı-vaxtında profilaktikası, texniki xidməti və təmiri maşının təyinatı üzrə - sürmə-  fasiləsiz istifadə edilməsinin əsasıdır. Bunu anlama faktı avtomobil sahibi üçün artıq böyük müsbət haldır. Daha bir əsas məqam – belə məsuliyyətli məsələni kimə etibar etmək olar? Bu halda, əgər mühərriyin əsaslı təmirinə və yə mühərriyin xidməti üçün başqa proseduralara ehtiyyac varsa, cəsarətlə “.......” avtomobilin texniki mərkəzinin xidmətlərini cəsarətlə seçin.

Müasir mühərrik nə tələb edir: təmir və xidmət

Müasir güc aqreqatına təkcə təmir işləri yox, həm də vaxtında xidmət zəruridir. Bunlar həm cari, həm də əsaslı təmir işlərini təxirə salaraq mühərriyin effektiv işləmə vaxtını uzada bilər.

Texniki xidmət dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Yağın və filtrin mütəmadi dəyişilməsi;
  • Maşını işə salma sisteminin quraşdırılması və tənzimlənməsi;
  • Su nasosunun servisi, soyudcu mayenin nəzarəti;
  • Yanacaq filtrinin vaxtında dəyişdirilməsi.

Dizel və benzin mühərriklərinin təmiri əmək tutumuna və vaxt sərfinə görə müxtəlif iş növləri tələb edə bilər. Bu mənada ənənəvi olaraq bütün işləri 3 yerə bölürlər – DYM-nın (daxili yanacaq mühərriyinin) yüngülvari (cari), orta və əsaslı təmiri!

Mühərriyin yüngülvari, cari təmiri

Bu prosedur zamanı ilk növbədə porşen halqalarına baxırlar. Sıradan çıxdıqda onları dəyişirlər. Nəticədə həddində artıq yağ sərfi problemindən azad olmaq olar. Daha sonra dizel və ya benzin mühərriyinin yüngülvari təmiri dedikdə, klapanların tənzimlənməsi nəzərdə tutulur. Bu da ki, çoxsaylı mənfi nəticələri istisna etməyə imkan yaradır.  Həmçinin salniklər və alışdırma (közərtmə) şamları dəyişdirilir, germetikliyin monitorinqi yerinə yetirilir və s.

Orta təmir

Bu zaman mütəxəssislərimiz mühərriyin vəziyyətinin daha dəqiq yoxlanmasını həyata keçirirlər. Bu halda, adətən, DYM-ni çıxardırlar, bəzən isə tam və ya qismən sökürlər.

Zərurət olduqda dirsəkli valın boğazcıqları cilalanır, porşen və vkladışlar dəyişdirilir, qapaq yuvaları frezerlənir. Dizel və benzin mühərriklərinin bu növ təmiri yüngülvari təmirdən daha baha başa gəlir, buna görə avtomobil sahibi buna hazır olmalıdır.

Mühərriyin əsaslı təmiri

Detalların əksəriyyərti çox köhnəldikdə, maşının gələcək istifadəsi isə çətin və ya ümumiyyətlə mümkün olmadıqda bu növ təmir işləri lazım olur. DYM-nin əsaslı təmiri dedikdə, aşağıdakılar nəzərdə tutulur:

  • Silindirlərin yonulması və ya honalanması;
  • Porşenlərin, yayların, klapanların korpuslarının yeniləri ilə dəyişilməsi;
  • Mühərrik sistemlərinin dəqiq tənzimlənməsi;
  • Valın boğazcıqlarının cilalanması;
  • Ayrı-ayrı hallarda DYM-nin tam dəyişdirilməsi nəzərdə tututlur.

Bu en bahalı prosedurdur. Ayrı-ayrı hallarda təmir müddəti iki aya qədər ola bilər.

Mühərriyin əsaslı təmiri yoxsa aqreqatın dəyişdirilməsi?

Avtomobilin istismarı prosesində güc aqreqatının yüngül və orta təmiri kəskin zərurətdir. Əsaslı təmir isə yüksək qiymətinə görə bəzən özünü doğrultmur. Əgər xərclər tələb edən bahalı hissələr köhnəlibsə, çox vaxt mühərriyi təmir etmək yox, onu təzəsi və yə işlənmişi ilə dəyişdirmək daha məqsədəuyğun olar.  Bizim şirkətimiz  işlək aqreqatın axtarışı və seçimi və sonradan onun quraşdırılması ilə bağlı bütün məsələləri öz üzərinə götürərək bu xidməti də sizə göstərir!

  • Facebook
  • Twitter
  • Instagram
  • Google