AVTOMOBIL

                                                                                                           

Hava filtrinin dəyişdirilməsi

Bu sərf olunan elementin vəzifəsi mühərriyə daxil olan havanı təmizləməkdir. O, güc aqreqatının içinə tozun, həşəratların, tozcuqların düşməsinin qarşısını alır. Əgər həddindən artıq mühərriyin çirklənməsinə və tıxanmasına yol verilsə, onun yanacaq sərfi artacaq, gücü azalacaq, tullantılar daha zəhərli olacaq. Hava filtrlərini hər 15-20 min. km-dən bir dəyişmək tövsiyə edilir.

Yeri gəlmişkən, çirklənmə dərəcəsini vizual qiymətlənditmək olar, kapotu açıb filtri çıxarmaq lazımdır. Təmizləmək üçün hətta onu üfürmək olar.

Salon filtrinin dəyişdirilməsi.

Bu element avtomobilin sürücüsünün və şərnişinlərin nəfəs aldığı havanı təmizləyir. Köhnəlmiş filtr insanların səhhətini riskə atır, çirklənmə dərəcəsi isə nəqliyyat vasitəsini harda istismar olunduğu şəraitdən asılıdır (şəhərdə daha tez köhnəlir). Salon filtrini hər 10 min km. yürüşdən bir dəyişmək tövsiyə edilir.

Bakdakı yanacaq filtrinin dəyişdirilməsi

Bu filtr yanacağı zərərli qatışıqlardan və hissəciklərdən qorumalıdır. Yanacaq doldurma məntəqələrimizin benzinin və dizel yanacağının keyfiyyətini nəzərə alaraq, benzin və ya dizel mühərrikli avtomobilin yanacaq filtrinin dəyişdirilməsi məsuliyyətli prosedurdur, axı güc aqreqatının effektiv işləməsi üçün az qala ən vacib elə bu sərf olunan materiallar olur.

Bu filtrlər 2 cür olur:

  • Magistral (yanacaq magistralına qurulur). Bir qayda olaraq, bu halda yanacaq filtrinin təcrübəsiz və xüsusi alətsiz quraşdırılması çətinləşir;
  • Batırılmış (bakda benzin nasosu ilə birlikdə yerləşir). Benzin nasosunun filtrlərinin dəyişdirilməsini də mütəxəssislərə etibar etmək daha yaxşı olar.

Yağın dəyişilməsi

Yağın dəyişilməsi mühərriki normal rejimdə işləməyə və hərəkət zamanı təhlükəsiliyinizi təmin etməyə imkan yaradan zəruri prosedurdur. Buna görə bu prosedurun vaxtlı-vatında və keyfiyyətlə yerinə yetirilməsinə diqqət yetirmək vacibdir.

Avto-xidmət mərkəzimiz yanacaq yağının, mexaniki və avtomatik ötürücü qutusundakı yağın və arxa körpünün karterindəki yağın dəyişdirilməsi üzrə xidmət göstərir.

Yağı nə vaxt dəyişmək lazımdır?

Bu suala avtomobilin təlimat kitabçası və istehsalçının tövsiyələri cavab verə bilər, amma sürmə xüsusiyyətləri də vacibdir, axı yürüşçü ilə “yumşaq sürmə” həvəskarı üçün dəyişdirilmə vaxtı fərqlənəcək. Maşının yağının dəyişilməsinin zərurətinin səbəbi daimi onda çirklələrin yaranmasıdır, bu, qaçılmazdır,çünki qatışıqlar yanacağın yanması nəticəsində əmələ gəlir (bu proses vaxtı yağa düşən çöküntü qalır). Çirkli yağ mühərriyin etibarlılığında, gücündə və iş resursunda özünü birüzə verir, ətraf mühitə də göstərilən təsir əhəmiyyətlidir.

Bu proseduru müstəqil şəkildə yerinə yetirmək olar, lakin o, məharət, bacarıq və vaxt tələb edir. Xüsusi alət olmadan yağdəyişmənin effektivliyi əhəmiyyətli dərəcədə azalır, ona görə mütəxəssislərə müraciət etməyin mənası var, üstəlik Bakıda qiymətlər çox yüksək deyil, müştəri isə enerjisinə xeyli qənaət edir. Həmçinin həm müştəri, həm onun maşını təmiz qalır. Mütəxəssislər Bakıda yağın dəyişilməsinin vaxtaşırılığı, mayenin tipi barədə hərtərəfli məsləhət verə və maraqlandıran sualları cavablandıra bilər. Ondan əlavə, yağı dəyişdirəndə avtomobilin etibarlı işləməsi üçün olan nüansları nəzərə almaq lazımdır.

Avtomobili yağını necə dəyişirlər?

Bakıda yağı xüsusi texniki məntəqəsində dəyişirlər. Burada bütün verilmiş işləri ustalar tez və keyfiyyətli görürlər.

Proses bir neçə mərhələdən ibarətdir. Əgər yağdəyişmənin effektivliyini artırmaq istəyirsinizsə, mühərriyi yudurdmaq lazımdır. Onu eləməsək, mühərrikdə çirklər qalır və gələcəkdə yağı dəyişmək maksimal effekt vermir. Mühərriyi yuma şlaklardan və karbonlu yığınlardan çöküntülərdən qurtulmağa imkan yaradır, çünki onları yumşaldır və təmizləyir.

Avtomobildə yağdəyişmənin əsas mərhələsi köhnə mayenin boşaldılmasıdır. Bunun bir neçə yolu var: boşaldıcu borudan istifadə etmək olar və ya vakuum qurğunun köməyi ilə sorub çəkmək olar. Peşəkar texniki xidmət stansiylarında son variant tətbiq olunur. Onun üstünlükləri ekologiyaya zərər verməməsi və təmiz olmasıdır (yağ ətraf mühitə düşmür).

Maşının yağını dəyişəndə yağ filtri mütləq dəyişilməlidir. Yağı filtr ilə dəyişəndə qiymətdə elə də fərq olmur, amma bunun sayəsində təzə yağdan daha uzun müddət istifadə etmək olur.

Müştərilərə mineral, sintetik, yarısintetik yağlar təklif olunur.

Mineral yağlar ətraf mühitin temperaturunun dəyişməsinə həssasdır, bunun hesabına belə yağlar ilin soyuq vaxtı daha az istifadə olunur. Lakin avtomobil istehsalçıları sürtgü sistemlərin xüsusiyyətləri ilə əlaqədar sintetik yağları həmişə məsləhət görmür. Sintetik yağları dəyişəndə mühərriyi yumamaq da olar.

Biz yalnız yüksək keyfiyyətli materiallar təklif edirirk və xidmət zamanı texnologiyaya riayət edirik.

Bütün prosesin final mərhələsi təzə mühərrik yağının tökülməsidir. Bütün işlər qurtardıqdan sonra mühərriyi işə salmaq və onu bir az “xolostoy”da çalışdırmaq lazımdır ki, yağ mühərriyin bütün sürtülən detallarından keçsin.

Yağdəyişmə müddəti barədə ümumi tövsiyələr:

  • Yağı mövsüm ərzində bir dəfə dəyişmək lazımdır. Əgər yürüşün müddətinə əsaslansaq, kilometrajın rəqəmləri yağın tərkibindən asılıdır.
  • Mineral, yarısintetik yağları 5 min km.-dən sonra dəyişmək lazımdır, sintetik yağ istifadə etdikdə isə 8-10 min km.-dən sonra.

Yağ dəyişmə -Usta

  • Facebook
  • Twitter
  • Instagram
  • Google