VANNA OTAĞI VƏ TUALET
Ana səhifə > Faydalı məsləhətlər > Vanna otağı və tualet

                                                                                                      

 

Vanna otağının və tualetin təmirinin mərhələləri

  1. Demontaj işləri

Bu mərhələdə şirkətimizin mütəxəssisləri müqavilədən asılı olaraq hər şeyi sökürlər (sifarişçiyə artıq lazım olmayan köhnə vanna, köhnə aksesuarlar, plitka və digər örtüklər).

  1. Boruların dəyişdirilməsi.

Vanna otağının təmirinin bu mərhələsində Siz dəsmal qurulayanın, əlüzyuyanın, gigiyenik duş və ya bidenin və digər su sərf edənlərin (paltaryuyan və qabyuyan maşın, su qızdırıcısı və s.) harada yerləşdiriləcəklərini artıq bilməlisiniz. Zərurət olduqda mütəxəssislərimiz boruların sökülməsini və dəyişilməsini  yerinə yetirəcəklər.

  1. Səthlərin hazırlanması.

Divarların mayaklarla düzləşdirilməsi. Bir qayda olaraq, evlərimizin divarları idealdan uzaqdır. Tez-tez divarların əyri-üyrülüyünə və hətta qismən dağılmasına rast gəlinir, plitkaların keyfiyyətli düzülməsi və vannanın və digər aksesuarların quraşdırılması üçün mütəxəssislərimiz evinizin tikintisi zaman buraxılmış səhvləri aradan qaldırmağa çalışacaq. Qeyd etməliyik ki, bəzən vanna otağının və tualetin künclərinin tam düz olmasını köhnə santex-kabinə sökülmədən əldə etmək olmur. Bu da onları istehsal edən zavodlarda müəyyən edilmiş aşağı keyfiyyət standartlarından irəli gəlir.

  1. Elektrik şəbəkəsinin dəyişdirilməsi.

Bu mərhələdə hansı elektrik cihazların harada yerləşəcəyini, həmçinin rozetkaların yerini və nəyin onlara qoşulacağını təsvir etməlisiniz. Əgər Siz rozetkalar və işıqlandırıcılar və s. üçün ən rahat olan yerləri müəyyənlişdirməkdə çətinlik çəkirsinizsə, kömək üçün mütəxəssizlərimizə müraciət edin. Onlar bü cür təmir işlərində çoxillik təcrübələrinə əsaslanaraq sizə məsləhət verəcəklər.  Məftillərin yerləri ilə bağlı razılaşdıqdan sonra elektrik şəbəkəsinin gizli montajı üzrə işlər başlanacaq. Bütün işlər nəm otaqlarda elektrik şəbəkəsinin montajının təhlükəsizlik texnikasının tələblərinə uyğun aparılır.

  1. İsti döşəmənin quraşdırılması

Zərurət olduqda mütəxəssizlərimiz isti döşəmə quraşdıracaqlar. Həmçinin Biz məmuniyyətlə tələblərinizə əsaslanaraq Sizə isti döşəmənin optimal variantını seçməyə kömək edəcəyik.

  1. Otaqların hidroizolyasiyası.

Vanna otağı və tualet su ilə kontaktda olan otaqlardı və döşəməyə böyük miqdarda suyun tökülmə halları istisna olunmur. Məhz aşağı mərtəbələrdə yerləşən evlərə suyun sızmaması üçün döşəmə örtüyünün, divarların və tavanın hidroizolyasiya xassələrinin yüksəldilməsi istiqamətində işlər görülür.

  1. Plitka işləri.

Şərti bu işləri iki mərhələyə bölmək olar: plitkanın döşəməyə və divara vurulması.

Ilk növbərə plitkanı döşəməyə düzürük. Adətən plitkanı döşəməyə ya düz,ya diaqonal üzrə düzürük. Plitkanın diaqonal düzülməsi otağı vizual genişləndirir, lakin bu, görülən döşəmənin sahəsi kiçik olan otaqlarda məsləhət görülmür. Plitkanın dioqanal düzülmə zamanı tullantılar daha çox olur, buna görə plitkanı artıq alın. Üstəlik, plitka satışı ilə məşğul olan bütün normal ticarət nöqtələri Sizdən artıq plitkanı geri götürüb pulunu qaytaracaq (əgər qutu açılmayıbsa).

Plitkanın divara vurulması. Adətən döşəmə plitkasından sonra 12 ( ən yağşı isə 24) saatdan tez vurulmur. Bu vaxt plitka yapışqanın möhkənlənməsi və döşəmə örtüyünün üstündə gəzəndə onun yerindən tərpənməməsi üçündür. Siz hansı plitkanın harada yerləşəcəyimi müəyyən etməlisiniz. Bordyurladan istifadə olunduğu halda Siz ustalarımıza onların hansı hündürlükdə olacağını bildirməlisiniz. Əgər dekor qoymağı planlaşdırırsınızsa, həmin dekorativ elementlərin harada yerləşəcəyi haqda xəbərdarlıq etməyi unutmayın.

Plitka divara 2 günə vurula bilər. Birinci gün əsas (istiqamətləndirici) sıra düzülür. Bu sıra vaterpas və mayaklar ilə düzləşdirilir, növbəti gün isə bu sıraya əsaslanaraq qalan plitka düzülür .

  1. Tavanın montajı.

Burada hər şey asandır. Siz tavanın tipini seçməlisiniz. Hazırda ən çox reyka, kaset və dartma tavandan istifadə olunur. Və əgər tavana quraşdırılan işıqlandırıcıları nəzərdə tutmusunuzsa, onların yerləşdirilmə yerini göstərin.

  1. Əsas santex-aksesuarlların quraşdırılması.

Bu, təmirinizin əsas məqamlarında biridir. Sizin hamam və tualetininiz demək olar ki, tamamlanmış şəkilini almağa başlayırlar. Biz vannanı, əlüzyuyanı və unitazı, lazım gələrsə bideni qoyacağıq.

  1.  Əlavə santex-aksesuarlların quraşdırılması.

Dəsmal qurulayan, duş, qarışdırıcı cihaz, gigiyenik duş. Zərurət olduqda su qızdırıcısı quraşdırırıq.

  1. Hamam otağı üçün mebelin quraşdırılması.

Buraya moydodırın, penalın, kiçik şkafların, relslərin, qarmaqların və rəflərin quraşdırılma işləri daxil olur.

  1. Təzə qapıların qoyulması

Adətən təmirdən sonra köhnə qapılar Sizin vanna otağınızın yeni tərtibatına uyğun gəlmir. Biz isə yeni qapıların qiymətinin çox yüksək olmadığını nəzərə alaraq, əksər hallarda yeni qapıların qoyulmasını məsləhət görürük. Yadda saxlayın ki, interyeri gözəl qapı kimi heç nə bəzəmir. Balaca otaqlar üçün açıq rəngli qapılar seçin, onlar otağın həcmini vizual artıracaq.

Təmir və tamamlama işləri

Finiş tamamlama işlərinin təmirin və otağın təkrarolunmaz interyerindəki rolunu qiymətləndirməməmək olmaz. Amma diletantlara həvalə olunmuş təmir və tamamlama işləri ən uğurlu yenidən planlaşdırmadan olan təəssüratı korlaya bilər, keyfiyyətli materiallar və avadanlıq isə bacarıqsız əllərdə xeyirdən çox ziyan gətirə bilər.

Evin qüsürsuz tamamlama işləri təkcə nəzəri biliklər yox, çoxillik iş ərzində əldə olunmuş böyük təcrübə, praktiki bacarıqlar, səliqəlilik və dəqiqlik tələb edir. Peşəkarlığın düzgün göstəricisi hər bir məsələnin yerinə yetirilmə sürətinin, keyfiyyətinin və yaradıcı yanaşmanın ahəngidir. Bizin şirkətimiz evlərin təmirini məhz belə ustalara həvalə edir.

Hər səviyyəyə uyğun tamamlama işləri

Kotteclərin tikintisinin və yaxud evin otaqlarının yenidən planlaşdırması bitdikdən sonra özündə bir sıra çoxyönlü xidmətlər əks etdirən tamamlama işlərinin sırası gəlir.

Qaralama tamamlama işləri bunlardan ibarət olur:

  • Səthlərə suvaq çəkmə;
  • Santexnika avadalığının quraşdırılması;
  • Elektromontaj işləri;
  • İsidici sistemlərin quraşdırılması və sazlanması.

Bizim mütəxəssislərimiz tez və keyfiyyətcə divarları, döşəmələri və tavanları təmiz tamamlama işlərinə hazırlayacaq və finiş işlərini yerinə yetirəcək.

  • Səthlərin şpaklyovkası və rənglənməsi;
  • Hər növ divar kağızlarının yapışdırılması;
  • Divarların və döşəmələrin keramik plitka ilə üzlənməsi;
  • Döşəmə örtüklərinin düzülməsi (laminat, parket, kovrolin və s.);
  • Asma, dartma və reyka tavanların qurulması;
  • Qapıların qoyulması (giriş və içəri qapılar).

Şirkətimizin təklif etdiyi kompleks xidmətə xüsusi tələbat var – Bakıda evlərin tam təmiri. Özündə bütün zəruri təmir və tamamlama işlərini əks edən belə yanaşma müştərilərimizin vaxtına və puluna qənaət edir. Bütün tamamlama işləri təmirin müxtəlif mərhələlərində işə daxil olan ixtisaslaşdırılmış briqada tərəfindən görülür, fərdi menecer isə görülmüş işlərin keyfiyyətinə və vaxtlı-vaxtında olmasına nəzarət edir.

  • Facebook
  • Twitter
  • Instagram
  • Google