KONDISIONER

Kondisionerlərin əsas nasazlıqları.

 Kondisionerin kompressoru işə düşdüyü və işlədiyi zaman bir sıra nasazlıqlar yarana bilər. Bu nasazlıqlar özlərini bir neçə cür büruzə verir: kompressor işləyir ( səciyyəvi uğultu yoxdur); kompressor işləyir ( səciyyəvi uğultu var); komressor işə düşür, amma qısa zaman ərzində işləyir.

Kompressor aşağıdakı səbəblərə görə işləməyə bilər (səciyyəvi uğultu yoxdur);

Kompressor işə salındıqda 3-6 dəqiqə ləngiyir;

Otadqdakı temperatur pultla müəyyənləşdirilmiş temperatura uyğun deyil. Məsafədən idarəetmə pultu ilə müəyyənlədirilmiş temperaturu yoxlayırlar. Əgər otaqdakı temperaturdan aşağıdırsa, sazlamanı dəyişirlər.

Havanın temperaturu ətraf mühitə uyğun deyil. Ətraf mühitin temperaturunu yoxlamaq lazımdır; əgər o, 16 dərəcədən aşağıdırsa, kondisionerin “soyuducu” rejimdə işləməsini təmin edən və onun xarici blokunda yerləşən termistor soyuducu maşının işləməsınə yol vermir. Əgər kondisionerin “isti-soyuq” rejimində işləməsi nəzərdə tutulubsa, ətraf mühütdəki havanın temperaturu 5 – (-25) dərəcədən aşağıdarsa, xarici blokda yerləşən termistor işə düşüb (buxarlandırıcının aşağı temperaturdan qorunması).

Don açma, basma, sorulma və qaynama temperaturu; kondensator termistorları nasazdı. Bütün termistorlar zəncirin qırılması nəticəsində sıradan çıxa bilər: bu cür nasazlığı aşkar etmək üçün əvvəlcə termistorlarda müqavimətin olub-olmamasını, sonra isə onun dəyərinin yoxlayırlar.  Termistorla idarəetmə platasının kontaktının olub-olmamasını müəyyənləşdirir və idarəetmə platasının özünü yoxlayırlar;

Şəbəkədəki gərginlik lazımi dərəcədən artıq olduğu halda, fazaların çəpliyində və itdiyində kompressorun qoruyucusu işə düşür;

Fazalar səhv qoşulanda kompressorun qoruyucusu işə düşür (üç fazalı kompressorlar üçün);

Temperatur termistorunun otaqda səhv sazlanması və ya yüksək və aşağı təzyiqli relenin sıradan çıxması. Termistoru tənzimləyirlər və ya təzyiq relesinin nasazlığını aradan qaldırırlar (birinin və yaxud hər ikisinin);

Işəsalma kondensatorun nasazlığı;

Xarici blokun don açma platası, çöl bloku platası və idarəetmə platası sıradan çıxıblar.

Kompressor aşağıdakı səbəblərə görə işləməyə bilər (səciyyəvi uğultu var):

İşəsalma kondensatorunun, işləyici kondensatorun, işəsalma relesinin nasazlıqları, kompressorun ilişməsi. Əlamətləri: işəsalma cərəyanın güc dəyəri nominaldan çoxdur. Bu halda kompressoru dəyişirlər;

Kompressorun karteri soyuducu maye ilə doldurulub. Karterın qızdırıcısı olmadıqda sərbəst qızdırıcı quraşdırırlar.Ətraf mühütin temperaturu aşağı olanda, sovurma kollektorunda soyuducu mayenin kondensatının yaranma imkanını yoxlayırlar;

Səciyyəvi uğultu yaranan zaman kompressorun elektrik qoruyucusunun işə düşməsi. Elektik mühərriyin sarğılarının müqavimətini ommetrlə yoxlayırlar, bunun üçün əvvəlcədən güc naqillərini söndürürlər. Sarğıların korpusla qısaqapanma ehtimalını meqommetrlə ölçüllər;

Məsafədən idarəetmə pultunun nasazlığı. Əlamətləri: sistem qəza elektrik açarından işə salınınr, lakin pultla yanmır. Məsafədən idarəetmə pultunu sınağa çəkirlər. Pultu yandırıb, maye kristal displeyin yanıb-yanmamağını yoxlayırlar. Əgər displey yanmırsa və ya təsvir aydın deyilsə, batareyaları dəyişmək və parametrləri sıfırlamaq lazımdır. Sonra isə yaxınlıqdakı radiqəbuledicini orta dalğa (AM) diapazonunda quraşdırıb, pultu yandırırlar. Əgər pultu yandıranda qəbuledicidə heç bir maneələr yaranmırsa, pultu dəyişirlər. Daxili blokun yaxınlığında pultun işinə mane edən mənbəyin ( İR-dalğa saçan, çoxlu elektirk enerjisi istifadə edən, günəş şüaları) olub-olmadığını yoxlayırlar. Əgər belə mənbə varsa, İR-dalğalar üçün qəbuledicidə filtr quraşdırmaq lazımdır. Maneə mənbəyi aşkar edilmədikdə, daxili blokda yerləşən İR-dalğalar üçün qəbuledicini dəyişirlər.

Komressor işə düşür, amma qısa zaman ərzində işləyir.

Səbəbləri:

İşləyici kondensatoru xarabdır;

Nasazlığa görə kondensatorun ventilyatorunun, drenaj sisteminin nasosunun qoruyucuları işə düşür;

Qoruyucu rele nasazdır: Cərəyanlı kəlbətin ilə kompressorun elektrik mühərriyinin işləyicoi cərəyanının dəyərini yoxlayırlar. Əgər işləyici və nominal cərəyanın dəyəri eynidirsə, qoruyucu releni dəyişirlər; əgər kompressorun elektrik mühərriyin işləyici cərəyanın dəyəri nominaldan çoxdursa, kompressorun elektik mühərriyinin sarğılarında burumarası qısa qapanma baş verir. Bu halda kompressoru dəyişirlər;

Kondensasiyanın artıq təzyiqi nəticəsində yüksək təzyiq relesi işə düşür. Bunun səbəbləri: basma xəttin qapalı ventili; kondensatın işləməyən ventilyatoru; xarici blokda soyuducu mayenin artıq olması; kondensatorda kondensasiya olmayan qatışıqların olması; soyuducu mayenin az miqdarda olması və yaxud soyuducu maşının buxarlandırıcısına isti axınların gəlməməsi nəticəsində kondisioner işə düşərkən sorma təzyiqinin kifayət qədər olmaması.

Isti axınların olmamasının səbəbləri:

Hava axının yolunda mexaniki maneələrin olması; havasoyuducusun ventilyatorunun nasazlığı; termotənzimləyici ventilin qarşısında solenoid ventilin sıradan çıxması;

Termotənzimləyici ventilin tutulması və ya onun yanlış tənzimlənməsi (termotənzimlıyici ventil bağlıdı); invertorun sıradan çıxması;

Əgər gərginlik tarazlaşdırılmışdırsa, kompressorun sarğılarını yoxlayırlar;

İnvertorla kompressorun işləməsini diaqnostikadann keçirirlər, bunun üçün invertoru yandırırlar və cərəyanın artması nəticəsində invertorun dayanma vaxtını yoxlayırlar. Əgər işləmə müddəti 10 saniyədən azdırsa, deməli, nasazlıq kompressorun sarğılarının qısaqapanmasıdır. Əgər invertor 10-60 saniyədən sönürsə, kompressor ilişib. İnvertorun işləmə müddəti 1-5 dəqiqə olduqda, nasazlığı soyuducu maşının hidravlik sxemində axtarmaq lazımdır.

Bütün solenoid ventillərin sıradan çıxması. Əlamətləri: soyuducu maşın dayanmadan işləyir, nə soyutma, nə də isitmə rejimində lazımi temperaturu əldə etmək olumur.

Soyuducu maye sistemdə çox olanda. Əlamətləri aşağıda göstərilmiş hallarda bilinir:

Havasoyuducusunda kifayət qədər isti axını olmuyanda ( hava axınına mexaniki maneələrin yaranması, daxili blokun ventilyatorunun sıradan çıxması, buxarlandırıcının donması, hava filtrlərinin tutulması, bakterial seliyin artması, daxili blokda isti axının kifayət qədər olmaması). Qaynama prosesi çətinləşdiyinə görə həddindən artıq qızma dəyəri azalır. Qaynama sorucu boru kəmərində və (və ya) kompressorun korpusunda baş verir. Kompressorun korpusunun temperaturu azalır. Havadakı rütubətin kondensasiyası nəticəsində kompressorun korpusunun üzərində şeh və yaxud qırov əmələ gələ bilər. Işləyən kondensatorun səsi azalır, kondensatorun basma boru kəmərinin temperaturu azalır: kondensator həddindən artıq soyuyanda. Əsasən belə hal soyuducu maşını havanın temperaturu aşağı olduğu zaman işə saldıqda baş verir. Belə şəraitdə kondensatorda soyuducu mayenin miqdarı çoxalır, kondensatordan çıxanda həddindən artıq soyumanın dəyəri artır. Soyuducu mayenin çox hissəsi kondensatorda qalır. Kondensasiyanın təzyiqi aşağı düşür.Havasoyuducusuna daxil olan soyuducu mayenin miqdarı azalır. Sorma təzyiqi düşür. Sormada həddindən artıq qızma çoxalır, kompressorun korpusunun temperaturu artır. İşləyən elektrik mühərriyin səs-küyü çoxalır;

Soyuducu maşında kondensasiya olmayan qazlar yarandıqda. Kondensasiya olmayan qazların bir qədəri sistemdə olduqda, kondensatorun bir hissəsi o qazlarla məşğuldur.  Kondensatorda və buxarlandırıcıda təzyiq, basma temperturu, kompressorun korpusunun temperaturu, işləyən elektrik mühərriyin səs-küyü və işləyici cərəyanın dəyəri artır. Soyuducu mayenin həddindən artıq soyuması isə azalır. Bununla əlaqədar kondensasiya olmuş soyuducu mayenin miqdarı artır, sorulma zamanı həddindən artıq qızma artır;

Çox açıq olduğu zaman termotənzimləyici ventil düzgün tənzimlənməyəndə, havatəmizləyicisində soyuducu mayenin qaynama temperaturu artır, sorma təzyiqi düşür, sorulma zamanı həddindən artıq qızma azalır. Kondensatora soyuducu maye artıq daxil olduğunda həddindən artıq soyumanın dəyəri artır. Buxarlandırıcı artıq soyuducu maye ilə dolmasın deyə, tənzimləyici vinti fırladaraq həddindən artıq qızmanı təzyiqin tərəddüdü dayanana qədər artırılar. Sonra tərəddüdün başlanğıc nöqtəsinə qədər vinti sola fırladırlar. Bundan sonra vinti 1 dövriyyə (V4 dövriyyə) sağa çevirirlər.

Termotənzimləyici ilə hər bir əməliyyatdan sonra tənzimələmə işlərini 20 dəqiqəlik dayandırırlar və sonra nəticələri yoxlayırlar.

Soyuducu mayenin kifayət qədər olmaması. Soyuducu mayenin kifayət qədər olmamasına soyuducu maşının doldurulma texnologiyasının pozulması; soyuducu mayenin sızması səbəb ola bilər. Sistemdə soyuducu mayenin kifayət qədər olmamasının xarici əlamətləri aşağıda göstərilmiş hallarda yarana bilər;

Sistemdə kondensasiya olmayan qatışıqlar olanda. Əgər sistemdə kifayət qədər çox kondensasiya olmayan qazlar olsa, demək olar ki, bütün kondensator kondensasiya olmayan qazlarla dolu olur. Kompressorun işinin ilk dövründə basma xəttində temperatur və kondensasiyanın təzyiqi birdən qalxır, lakin soyuducu mayenin kondensasiyasına yer olmadığına görə buxarlarlandırıcıya soyuducu qaz cüzi miqdarda daxil olur. Buxarlandırıcının temperaturu yüksək qalır;

Sistemdə rütubət olanda. Quraşdırılma zamanı sistem qurulanmayıbsa, sistemdə rütubət qalır. Su sistemə hava ilə və həmçinin kompressor istehsal edən zavodda elektrik mühərriyin sarğılarının qurulandığı vaxt düşə bilər. Soyuducu yağların saxlanma texnologiyasının pozulması onların nəmlənməsinə və bunula birlikdə soyuducu sistemdə rütubətin əmələ gəlməsinə gətirib çıxarır. Demək olar ki, kondisionerlərdə istifadə olunan soyuducu yağlarda və mayelərdə su həll olunmur. Soyuducu maşında rütubətin sirkulyasiya zamanı nəm kristallaşa və avadanlığın (kapillyar borucuğun, termotənzimləyici ventilin) dəliyini tıxa bilər. Soyuducu maşında rütubətin kristallaşması qaz hidrat kristallarının yaranma mexanizmindən irəli gəlir. Təzyiq 0,5 Mpa (5 atm.) olanda su ilə freon R22-nin qaz hidrat  kristalları  temperatur 12 °С olanda yaranır. Müvafiq olaraq qaz hidrat kristallarının xüsüsiyyətləri soyuducu maşında buz tıxaclarının 0 °С-də yox, 12 °С-də yaranmasına səbəb olur.

Hava təmizləyicisində yağ tıxacları yarananda,

Soyuducu sistemin mexaniki çirkləri yarananda. Mexaniki çirklər quraşdırılma zamanı qaydaların pozulması nəticəsində əmələ gəlir: boruların mişarla kəsilməsi, rimmerin  düzgün istifadə olunmaması mis yonqarların sistemdə dövr etməsinə imkan verir; paslanma, yanıq dəmir (sərbəst və bağlı şəkildə). Bir-birinə uyğun olmayan soyuducu mayelərin istifadə edilməsi, mineral və poliefir yağların qarışdırılması yağların koaqulyasıyana gətirib-çıxır. Yaranan laxtalar sistemdə dövr edə bilər. Mexaniki çirklər daha tez quruducu filtrləri, termotənzimləyicinin qarşısındakı filtrləri, termotənzimləyiciləri, kapillyar borucuqlarını, sorucu borunun kompressora girişindəki filtrlərini tutur;

Termotənzimləyicinin səhv tənzimlənməsi nəticəsində soyuducu maye kifayət qədər olmayanda;

Dördyollu qapaq sıradan çıxanda. Əlamət – soyuducu rejimdən isidici rejimə keçirmə ventili sıradan çıxanda baypas kimi işləməyə başlayır, yəni soyuducu mayeni basma tərəfdən sorucu tərəfə boşaldır. Dördyollu qapağı yoxlamaq üçün kompressorun qapağını invertorun platasından ayırırlar. Kondisionerin daxili və zahiri bloklarını qidalanadırıb, qəza işəsalmanı isitmə rejiminə keçirirlər. Qidanı verdikdən 3 dəqiqə sonra dördyollu qapaqla idarəetmə platasının arasında gərginliyin olub-olmamasını yoxlayırlar. Əgər 200 V gərginlik yoxdursa, idarəetmə platası və səs-küy filtrinin platası nasazdılar. Əgər gərginlik varsa, dördyollu klapanın çarxını və çarxın naqillərini yoxlamaq lazımdı;

Bir neçə bloklu sistemlər (multisistemlər) istismar olunduqda, hansısa daxili blok işləməyə bilər. Əgər 2 blok soyutma və isitmə rejimində yandırırlarsa, yalnız biri – birinci işə salınan blok işləyəcək.

 

  Peşəkar ustalarla əlaqə yaratmaq üçün  (050 / 055) 333-44-94, (012) 421-90-10 saylı telefonlarla əlaqə saxlaya bilərsiniz.

 

  • Facebook
  • Twitter
  • Instagram
  • Google