SOYUDUCU

                                                                                                           

Soyuducu avadanlığlın əsas nasazlıqları.

Heç bir məişət cihazı öz əhəmiyyətinə və mahiyyətinə görə soyuducu ilə müqayisə oluna bilməz. Əlbəttə ki, paltaryuyan maşının və ya tozsoranın sıradan çıxması  xoşagəlməz haldı, lakin onlar böyük məişət problemləri yaratmırlar. Soyuducu isə döşəmədəki su və xarab olmuş qida məhsulları ilə dərhal özünü büruzə verir.

İstehsalçıların avadanlıqların “əbədi” olduğuna təminat verdiklərinə baxmayaraq, soyuducular sıradan çıxır.  Soyuducunun sıradan çıxması heç də hər zaman istehsalçının məsuliyyətsizliyindən irəli gəlmir. İstənilən cihaza düzgün və diqqətli qulluq lazımdır, tez-tez isə yaranmış nasazlıqlar soyuducunun yanlış istismarı ilə bağlı olur. Yadda saxlayın ki, əgər soyuducu yanlış istismarı nəticəsində sıradan çıxıbsa, istehsalçıların əksəriyyəti onu təmir etmir.

Nasazlıqların səbəbləri.

Dünyanın tanınmış brendlərinin müasir soyuducuları çox nadir hallarda sıradan çıxır, lakin sıradan çıxma halları mövcuddur. Əksər hallarda nasazlıqlar elektrik gərginliyinin dəyişilməsi nəticəsində baş verir, bu halda nasazlıqları istisna etmək üçün stabilizator əldə etmək tövsiyə olunur. Bütün nasazlıqlar iki cür olur: mexanik və elektrik.

Servis xidmətlərinin tez-tez rastlaşdığı hal - istiliyin tənzimləyicisinin sıradan çıxmasıdır. Bu cür nasazlıqlar həm yeni, həm də köhnə modellərdə baş verir. Buna baxmayaraq şəbəkə indikatorları və dolabdakı lampa işləməyə davam edir. Bu halda kompressoru dəyişdirmək zəruridir.

Mühərrik-kompessorun sıradan çıxması.

Tez-tez bu nasazlıq istehlakçının təqsiri üzündən baş verir. Bir çox müasir ticarət markaları təzə giləmeyvələrin, meyvələrin, ətin və balığın təcili dondurulması üçün “super-soyuq” və ya “məcburi donma” rejimli soyuducular istehsal edir. Bu rejimdə mühərrik-kompressor fasiləsiz çalışır.  Daha müasir modellər donma müddəti bitikdən sonra bu rejimi avtomatik söndürən və bununla da mühərriyi həddindən artıq qızmadan qoruyan xüsusi elektrik idarəetmə şəbəkəsi ilə tamamlamışlar. Mexaniki idarə olunan soyuducular  avtomatik sönmür, buna görə də əgər sahib vaxtaşırı rejimi dəyişdirməyi unudursa, mühərrik-kompessor kifayət qədər tez sıradan çıxır.

Yuxarı panelin altında yerləşdirilən elektron blokun sıradan çıxmasına bura düşən su, sızmalar və s. səbəb ola bilər. qısa elektik qapanma nəticəsində şəbəkədə nasazlıqlar yaranırr. Belə nasazlıq relenin, mühərrik-kompessorun sıradan çıxmasına gətirib çıxarır.

Soyuducu soyutmur.

Əgər Sizin soyuducunuz daha soyutmursa, onun səbəbini tapmaq asan deyil. İlk növbədə mühərrik-kompessorun işləyib-işləməməsiminə əmin olmaq lazımdır. Əgər kompressor işləyirsə, deməli, ya şəbəkə, ya da mühərrik-kompessor vaxt keçdikcə öz səmərəliyini itirib. Kompressorun işləməməsinin bir çox səbəbi ola bilər: şəbəkədə gərginlik yoxdur, istiliyin tənzimləyicisi, rele sıradan çıxıb, mühərrik-kompressorun dolanması yanıb. Hər halda xüsusi cihazlarla Sizin soyuducunuzda olan nasazlığı aşkar edəcək və orijinal və ya analoji ehtiyyat hissələri olan yüksək kvalifikasiyalı mütəxəssis çağırmaq lazımdır.

Soyuducunun müəyyən hissəsində qar qatı yaranıb. Bunun bir çox səbəbi ola bilər: birincisi və ən sadəsi – buz dolabının qapısını möhkəm örtməyi unutmusunuz, ikincisi – soyuducunuzda daimi işıq yanır, üçüncüsü - istiliyin tənzimləyicisi sıradan çıxıb və ən dəhşətlisi soyuducu şəbəkisində mikroçatları vat. Düzgün işləmədiyinə görə şəbəkədə normal qaz təzyiqi yarada bilməyən mühərrik-kompessor  da qar qatının yaranmasına səbəb ola bilər. Bu halda mühərrik-kompessoru dəyişdirmək lazımdır. Bu işi müstəqil etmək olmaz. Məhz həmin markanın təmiri ilə məşğul olan mütəxəssisi çağırmaq lazımdır. Öz rahatlığınız üçün sizə konsultasiya verə və evinizə gələ biləcək ustaya zəng vurun.

Soyuducunun qapısı möhkəm bağlanmır. Gözə görünən səbəb yoxdur, lakin soyuducunun qapısı bağlanmır və ya aralı qalır. Bu halda qapını sazlamaq lazımdır. Əgər siz bunun öhdəsindən gələ bilmədinizsə və Sizin cəhdlərinizə baxmayaraq qapı aralı qalırsa, ustaya zəng vurun.

Soyuducuda su yığılır.

Siz soyuducuda və ya onun altında su görmüsünüz. Dərhal drenaj sisteminin boru calaqlarının yerindən tərpənmədiklərinə və deformasiya olmadıqlarına əmin olmaq üçün onları yoxlayın. Sizə bunu necə yoxlamağı öyrədəcək bir ustaya zəng vurun və ola bilsin ki, Siz özünüz bu problemi aradan qaldırdınız. Ola bilsin ki, suyun axıdılması üçün tutum dolub və yaxud o yerindən tərpənib və buna görə də su ondan yan axır. Bunun öhdəsindən özünüz bilərsiniz.  Amma ola bilsin ki, tutum qırılıb. Zədələnmiş tutumu dəyişdirmək üçün ustaya zəng vurun. Onda bütün ehtiyyat hissələrinin həm orijinalı, hən analojisi olur. Boşaltma borusu tutulduqda soyuducuda yaranan suyu asanlıqla aradan qaldırmaq olar. Bu halda tilov ipi ilə onu təmizləyin, sonra isə osoyuducunu yuyun. Daha bir səbəb – işığın sönməsi nəticəsində soyuducunun əriməsidir. Bunun öhdəsindən gəlmək çox asandır. Soyuducunun tam əriməsini gözləyin, sonra onu yuyun, yumşaq quru əski ilə silin və tam quruması üçün qapısını açıq saxlayın. Sonra soyuducudan yenə istifadə edə bilərsiniz.

Qırmızı lampa yanıbsa. Əgər qırmızı lampa yanıbsa, deməli, buz dolabında temperatur 10 dərəcə şaxtadan yuxarı deyil. Bunun səbəbi çox bəsid ola bilər: Siz soyuducuya çoxlu isti qida məhsulu qoymusunuz və onlar hələ soyumayıblar, 5 saat gözləyin və hər şey düzələcək. Və ilk növbədə yoxlayın ki, soyuducunun qapısı tam örtülü olsun. Bu da bir qədər yuxarı temperatura səbəb ola bilər. Əgər nasazlığın səbəbi bu iki haldan biri deyilsə, usta çağırın. Yalnız mütəxəssis nasazlığı aşkar edə bilər: ya kompressor tez sönür, ya istiliyin tənzimləyicisi sıradan çıxıb, ya da ən pisi soyuducu sisteminin germetiksizləşməsi baş verib. Yalnız təcrübəli usta bu nasazlığı aşkar edə və aradan qaldıra bilər.

Mühərrik-kompressor işləmir.

Bu halda bizə hər şey aydındı: şəbəkədə gərginlik yoxdur, istiliyin tənzimləyicisi və ya rele sıradan çıxıblar , mühərrik-kompressorun sarğısı yanıb. Hər halda xüsusi cihazlarla Sizin soyuducunuzda olan nasazlığı aşkar edəcək və orijinal və ya analoji ehtiyyat hissələri olan yüksək kvalifikasiyalı mütəxəssis çağırmaq lazımdır. Termoəridici qoruyucunun yanmasına gətirib çıxaran ərimə sisteminin nasazlığı  mühərrik-kompressorun işləməməsinə səbəb ola bilər. Bu təqdirdə sistemin peşəkar təmiri lazımdır.

Soyuducu səs-küy salır və uğuldayır.

Nasaz və yaxud pərləri ilə donmuş buza ilişən ventilyator NO FROST sistemili soyuducuda səs-küy sala bilər. Tez-tez səs-küyü yaradan mühərrikdir (mühərrik-kompressordur)  .

Mühərriyin köhnəlməsi və ya rezin kompensatorların quruması soyuducunun korpusunda titrəməyə səbəb olur, bu da iş zamanı səs-küy yaradır. 

Soyuducunun displeyi yanmır. Şəbəkədə gərginlik yoxdur. Tez-tez elektron displeyindəki problem elektrik şəbəkənin nasazlığından irəli gəlir. Gərginliyin kəskin dəyişdiyi halda, idarəetmə platası və ya onu qidalandıran şəbəkə transformatoru yana bilər. Bu zaman mütəxəssisə müraciət etmək lazımdır.

Buxarlandırıcı mexaniki şəkildə zədələnib. Ərimə prossesini tezləşdirmək üçün buz dolabandakı buzu iti əşya ilə aradan qaldirmağa cəhd etməyin. Siz bununla buxarlandırıcını zədələyə bilərsiniz. Lakin buxarlanndırıcı artıq zədələnibsə, dərhal ustaya müraciət edin. Bundan əvvəl soyuducunu müayin və təmir olunması üçün hazırlayın. İlk növbədə, mühərrik-kompressora suyun sızmaması üçün dərhal soyuducunu elektrik şəbəkədən ayırın və usta gələnə qədər yandırmayın. Əgər sistemin içinə su sızmayıbsa, Sizin soyuducunuzu sıradan çıxmasının qarşısını almaq olar. Buz dolabının ciddi  zədələndiyində və yaxud mühərrik işləyən zaman soyuducu sisteminə su sızdığında mütəxəssisin müdaxiləsinə ehtiyac var

Soyuducu səs siqnalı verir. Bu texniki nasazlığın işarəsidir. Ola bilsin ki, ya qapı açıqdı, ya termo-ötürücülərdən biri sıradan çıxıb, ya da ki, lazımi temperaturda olmadığına görə soyuducu rejimə düşmür. Siqnalı söndürməyə tələsməyin, çünki nasazlığın səbəbini dəqiq müəyyənləşdirmək lazımdır. Yalnız mütəxəssis diaqnozu düzgün qoya bilər. Ola bilsin ki, hansısa kiçik nasazlıq var. Onu aradan qaldıraraq, Siz öz soyuducunuzu daha böyük problemlərdən, özünüzü isə kifayət qədər böyük xərclərdən qoruya bilərsiniz.

Displeydə qəribə işarələr və simvollar görsənir. Siz bu halda mütəxəssissiz keçinə bilmərsiniz. Elektron idarəetmə sistemləri kifayət qədər qəlizdir və əlavə texniki sənəd və iş təcrübəsi olmadan, bu cür appratları təmir etmək mümkün deyil.

Xoşagəlməz qoxu.

Soyuducunuzdakı xoşagəlməz qoxu soyutma sistemindən çıxan soyuducu qazla əlaqələndirməyin . Həmin qazın iyi yoxdur. Yəqin ki, iy soyuducuda xarab olmuş qida məhsullarından gəlir.  Bu problemdən azad olmaq üçün soyuducunu söndürmək, donunu açmaq, sonra isə onu dərindən yuyumaq lazımdır. Tam quruması üçün qapısını açıq qoyun. Yadda saxlayın ki, soyuducunu xüsusi yuyucu vasitələrlə yumaq lazımdır. Heç vaxt sönmüş soyuducunu bağlı saxlamayın, əks təqdirdə Siz xoşagəlməz iydən qurtulmayacaqsınız.

Buxarlandırıcı buz bağlayıb.

Buxarlandırıcının buz bağladığını görmüsünüz. Qapının deformasiyasına və ya kipləşdirici rezinin zədələnməsinə görə buz dolabının germetikliyi pozula bilər. Nasazlığı aradan qaldırmaq üçün, ilk növbədə, rezinlə buz dolabının arasındakı boşluğu sazlamaq lazımdır. Bunun üçün qapının taxmalarının kronşteynləri altına kiçik plastinlar yerləşdirin. Rezini qızdırdıqdan sonra ona lazımi forma vermək olur və o, yerinə tam otuzdurulurr. Ən sadə üsulu isə buz dolabını tez-tez əritməkdir.

Nasazlıqların diaqnostikası və aradan qaldırılması.

İstənilən avadanlığın zəmanət müddəti var (yəni bu zaman çərçivəsində nasaz cihaz pulsuz təmir olunur ya da dəyişdirilir). Əgər soyuducunuz qırılıbsa, onu ozünüz təmir etməyə cəhd etməyin. Qeyrə-mütəxəssisin sistemə müdaxilə etməsi mənfi nəticəyə gətirb çıxara bilər. Bu halda soyuducunu təmir etmək sərf etmir. Hər halda nasazlıqları peşəkar servis xidmətində aradan qaldıqmaq lazımdır. Bu halda usta sizin evinizə gəlir, xarici baxış vasitəsi ilə avadanlığın nasazlığının səbəblərini müəyyən edir, onun iş parametrlərini dəyərləndirir, xüsusi cihaz ilə sızıntının olub –olmadığını müəyyən edir, nasazlıqların xarakteri, onların dəyəri və aradan qaldırılma müddəti haqqında məlumat verir.

Beləliklə, nasalıq xarakterini necə müəyyən etmək olar? Sözsüz ki, ən dəqiq səbəbi yalnız usta müəyyənləşdirə bilər, lakin bəzi nasazlıqlar konkret elementlərin sıradan çıxması nəticəsində baş verir.

Birkameralı soyuducuların ən zəif  nöqtələri:

  • Rele
  • Istiliyin tənzimləyicisi
  • Kompressor

 

Bəzi hallarda soyuducunun düzgün işləyib-işləməməsini özünüz yoxlaya bilərsiniz:

 

Şəbəkənin gərginliyini yoxlayın ( rozetkaların sazlığını );

 

Elektrik bağın bütövlüyünü yoxlayın;

 

Kontaktın dəqiqliyini yoxlayın ( çəngəlin rozetkaya tam taxıldığını ... )

 

  1. Daha mürəkkəb avtomatik ərimə sistemli ( NO FROST) ikikameralı soyuducular elektrik elementlərlə tamamlanmışdılar. Elektrik elementlər nasaz olduqda, mühərrik işə düşmür. Bu cür hal aşağıda göstərilmiş səbəblərə görə baş verə bilər.
  • Elektron modulun sınması;
  • Ərimə sistemindəki elektik qızdırıcıların nasazlığı;
  • Ərimə sisteminin taymeri sıradan çıxdıqda;
  • Ərimə sisteminin qoruyucu otürücüsü sıradan çıxması;

 

Mühərrik- kompressor işləyir, amma soyuducu soyudmur. Səbəblər:

  • Boru kəmərinin zədələnməsi;
  • Qurutma kanalı filtrinin tıxanması;
  • Kompressorun gərginliyinin dəyişməsi;
  • Buxarlandırıcının kapillyar borucuğunun tıxılması.

Soyuducuların əksəriyyəti xüsusi qulluq tələb etmir. Düzgün istismar olduğunda soyuducu 10-15 il işləyə bilər, çünki bu avadanlığın açıq fırlanan bağları və podşipnikləri yoxdu. İstehlakçıların öz avadınlıqlarının vacib xüsüsiyyətlərini  bilməmələri, soyuducunun işləməsinə heç bir təsir göstərmir. Soyuducunun normal işləməsini təmin etmək üçün  təlimata riayət etmək lazımdı. Buxarlandırıcının konstruksiyasından asılı olaraq, soyuducunn donunu yarımildən tez açmaq olmaz. NO FROST sistemli soyuducular heç bir qulluq tələb etmir, sadəcə olaraq, xoşagəlməz qoxu yaranmaması üçün, onu vaxtaşırı yumaq lazımdı.

Peşəkar ustalarla əlaqə yaratmaq üçün  (050 / 055) 333-44-94, (012) 421-90-10 saylı telefonlarla əlaqə saxlaya bilərsiniz.

  • Facebook
  • Twitter
  • Instagram
  • Google