Monitorun nasaz olduğunu necə anlamaq olar?

Monitorun nasazlığı nadir hallarda işləmə müddətindən asılı olur. Əlbəttə ki, cihazın tədricən köhnəlmə faktoru mövcüddur, lakin gözlənilən sınma halını əvvəlcədən öyrənmək olar. Aşağıda qeyd olunan əlamətlər onu göstərir ki, monitoru diaqnostikadan keçirmək lazımdı:

  • Təsvirlərin təhrifi;
  • Monitorda ləkələrin, ağ vertikal xətlərin olması;
  • Artefaktların çoxlu sayda yaranması;
  • Monitordan yanıq iyinin gəlməsi;
  • Parlaqlığın xeyli azalması;
  • Monitorun birdən yanıb-sönməsi;
  • Təsvirlərin titrəməsi.

Monitorunuzu sınmadan necə qoruya bilərsiniz?

  • Vaxtaşırı monitorunuzu təmizlətdirin. Yığılmış toz monitoru həddindən artıq qızdırır, bu da onun iş qabiliyyətini itirməsinə və ya tam sönməsinə səbəb olur.
  • Otaqda yüksək rütubətə və monitorun içinə su sızmasına yol verməyin. Bu matrisanın ciddi problemlərinə gətirib çıxarır.
  • Monitorunuzu zərbələrdən qoruyun. Kiçik təkanın belə neqativ nəticələri ola bilər. Buna görə monitoru alınma yerindən evinizə necə gətirəcəyinizi fikirləşməlisiniz.
  • Monitorun maksimal parlaqlığından uzun müddət istifadə etməyin. Bu Sizin gözlərinizlə yanaşı, işıqlandırma lampalarına neqativ təsir edir. Parlaqlığın tam itməsini və yaxud təsvirin tam sönməsini istəmirsinizsə, parlaqlığı məqbul səviyyədə saxlayın.

Niyə peşəkarlara etibar etmək sərfəlidir?

Əlavə problem istəmirsinizsə, kartricin doldurulmasını mütəxəssislərə həvalə edin. Mütəxəssislərə müraciət edərək, Siz aşağıda göstərilmiş xoşagəlməz hallarıyan keçə bilərsiniz:

  • Paltardakı, əllərdəki və nəfəs yollarındakı toner tozu;
  • Kəsilmiş barmaqlar;
  • Səhv doldurulma nəticəsində zədələnmiş kartriclər;
  • Korlanmış əhval-ruhiyyə;
  • Çapın keyfiyyəti itməyəcək;
  • Aparat sıradan çıxmayacaq ( mütəxəssislər nəyin necə edəcəklərini yaxşı bilir);
  • Sizin paltarınız, əlləriniz, mebel əşyalarınız təmiz, əhval-ruhiyyəniz isə əla olacaq!

Əgər lazer kartrici özünüz doldursanız, istifadə olunmuş mürəkkəbin miqdarını izləyən xüsusi çip tonerın olmaması barədə məlumat verəcək.

  • Facebook
  • Twitter
  • Instagram
  • Google