PALTARYUYAN MAŞIN
Ana səhifə > Faydalı məsləhətlər > Paltaryuyan maşın

Paltaryuyan maşınlarin əsas nasazlıqları.

Avtomat maşınlarının bütün sınma halları tipik və nadir olur. Onların fərqi elə adlarından məlum olur. Nasazlıqların 90% tipik sınma halları təşkil edir. Bu hal butun  paltaryunan maşın markaları və növləri üçün xarakterikdir. Bu da ondan irəli gəlir ki, bütün maşınlarin işləmə şəraitləri və konstruksiyaları oxşardır. Əlbəttə ki, “özünəməxsus” sınma halları da ola bilər, lakin onları ikinci kateqoriyaya aid etmək daha məntiqə uyğun olardı.

 

Yuxarıda qeyd olunan 90%  -ə daxil olmayan nasazlıqları tam əminliklə ikinci kateqoriyaya aid etmək olar. Bura sahiblərin günahı üzündən  xarab olma hallarını, zavod qüsürlarını və yığılma zamanı xətaları daxil etmək lazımdır. Ən çətini isə “üzən” (yəni maşın gah işləyir, gah işləmir) nasazlıqlardı. Bu kimi halların aşkar edilməsininin  və aradan qaldırılmasının öhdəsindən yalnız yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəsi olan paltaryuyan maşın ustası  gələ bilər.

 

İndi isə paltaryuyan maşınların əsas nasazlıqlarını sadalayaq:

 

Su qızmır:

 

Cihazın istismarı üzrə təqdim olunan təlimatda bu kimi halların bir sıra səbələri göstərilmişdir, amma praktikada hər şey daha sadədir. Nasazlıqların 95 %-i cihazın elektrik qızdırıcısının sıradan çıxmasının payına düşür. Suyun qızmaması kimi nasazlıq həm də elektrik qızdırıcısının elektriklə qidalanma zəncirinin qırılması ilə izah oluna bilər. Bir qayda olaraq, adətən, klemmalar yanır. Bəzi “avtomatlarda” bu hal daha  tez-tez baş verir.

 

Qalan 2-3% “ekzotka” təşkil edir (ötürücünün nasazlığı və idarəetmə blokunun xarab olması).

 

Qeyd: Xarab olmuş cihazı özünüz təmir eyməyə cəhd etnəyin.

 

Paltaryuyan maşına su getmir:

 

Əgər su getmirsə, deməli, sistemdə təzyiq yoxdur. Çox vaxt maşını qidalandıran kranın bağlı olması buna səbəb ola bilər. Nasaz klapan da səbəb ola bilər. Variant kimi nasaz idarəetmə bloku ola bilər, lakin bu hala az-az rast gəlinir.

 

Əgər səhv maşın işə salındıqdan bir qədər sonra çıxırsa və yuyucu vasitəsinin bir hissəsi gedibsə, filtri təmizləmək lazımdır.

 

Qeyd: Bağlı kranla hər şey aydındır. Filtri özünüz də təmizləyə bilərsiniz.

 

Paltaryuyan maşın suyu dərhal boşaldır:

 

  Burda iki variant var. Birincisi  özüboşalmadır, yəni su yığılan kimi boşalır. Bunun səbəbi maşının kanalizasiyaya yalnış qoşulmasıdır.  Özüboşalma halları qoşulmadan dərhal və ya bir qədər sonra narahat edə bilər. Hər şey kanalizasiyanın xüsusiyyətlərindən və növündən asılıdır. İkini variant xoşagəlməz haldır. Əgər maşın suyu  proqramın icrası başlayandan bir müddət sonra  boşaldırsa, deməli, nasazlıq var.

 

 Qeyd.  Birinci halda sadəcə maşını kanalizasiyaya düzgün qoşmaq lazımdıq. Ikinci də isə variantsız olaraq usta cağırırıq.

 

Paltaryuyan maşının altında su var:

 

Əgər bu halın səblərinin siyahısını tutsaq, pərdələrin yuyulması birinci yer tutacaq.  Məsələ ondadır ki, bu əməliyyat zamanı tozaoxşar yuyucu vasitəsi çox köpüklənir. Bununla belə, demək olar ki, pərdələr su çəkməsə də, yuyucu vasitənin yaxşı köpüklənməsinə səbəb olur. O qədər çox köpük əmələ gəlir ki, o paltaryuyan maşının sistemində olan texnoloji dəliklərdən sızır. Köpük maşının altında olan və sahibi qorxudan suya çevrilir.

 

Populyarlığına görə ikinci yer  tutan səbəb – qol boruda çat əmələ gəlməsi, lyukun manjetinin cırılması, su şlanqının  kipləşdiricisinin yerinə düzgün oturmamasıdır. Və nadir bir hal – barabanın özünün axması.

 

Qeyd: su şlanqının kipləşdiricisini sahib özü də dəyişə bilər ( əgər uyğun kipləşdirici tapsa), amma qalanlarına görə ustaya müraciət etməli olacaq.

 

Paltaryuyan maşın suyu boşaldmır:      

 

Boşaldıcı  nasosun filtri coxdan təmizlənib? Əgər bu suala cavab vermək çətindirsə – bunu indi sınamaq olar.

 

Əgər iş filtrdə deyilsə, deməli, boşaldıcı nasosu dəyişmək üçün xərc çəkmək lazım olacaq. Yeri gəlmişkən qeyd edək ki, ola bilsin ki, o filtrin dolması nəticəsinə xarab olub.

 

Qeyd: Filtri daimi olaraq təmizləmək lazımdır və hər şey necə lazımdı boşalacaq.

 

Paltaryuyan maşın işə düşmür:

 

Ola bilsin ki, onu heç kim rozetkaya taxmayıb, ya da iş rejiminin düzgün seçilməməsi nəticəsində  qoruyucu avtomat işə düşüb. Əgər bunlar tam qaydasındadırsa, deməli, idarəetmə bloku sıradan çıxıb. Nadir hallarda işin dayanmasına səbəb şəbəkə filtrindəki nasazlıq olur.

 

Qeyd: Yenə də maşını şəbəkəyə düzgün qoşmaq lazımdır. Blokdan şübhələndikdə, ustaya zəng edin.

 

Paltaryuyan maşın taqqıldayır:

 

Maşının yüksək səs-küyünün səbəbi onun konstruktiv xüsusiyyəti ola bilər. Əgər birdən taqqıldamaya başlayıbsa, aşağdakı səs-küyün səbəbi aşağıdakı varintlardan biri ola bilər:

 

  1. Bakın içinə kənar əşya düşüb;
  2. Barabanın içində paltarlar qeyri-bərabər yayılıb və buna görə disbalans yaranıb. Çox vaxt  yataq dəsti yuyulanda belə olur.
  3. Podşipniklər sıradan çıxıb;
  4. Maşın düzgün quraşdırılmayıb.

 

Qeyd: Mütəxəssisə zəng etmək daha yaxşı olardı.Əgər ciddi bir şey yoxdursa, narahat olmağa dəyməz. Amma əgər iş nasazlıqdadırsa, onu mümkün qədər tez aşkar etmək və aradan qaldırmaq zəruridir.

 

Tez-tez rast gələn nasazlıqların siyahısı bunlar idi.  Qırılmış qulplar, qapaqlar, düymələr və displeylər haqqında danışmağa dəyməz, çünki belə nasazlıqlar nadir  hallarda olur və fərdi yanaşma tələb edir.

 

 

 

 

 

  • Facebook
  • Twitter
  • Instagram
  • Google