AVTOMOBIL

Qabaq və arxa asqıların (hərəkət hissəsi) təmiri

Istismar zamanı avtomobilin hərəkət hissəsi ciddi yüklə üzləşir. Yerli yolların zərbələrini üzərinə götürür və əksər hallarda ilk sıradan çıxanda məhz o olur. Hərəkət hissəsinin diaqnostikası və təmiri mütləq qaydada tələb olunur. Heç olmasa hər 10-15 min km.-dən bir, amma tez-tez yolsuzluqlarda sürürsünüzsə daha da tez avtomobili diaqnostikadan keçirmək lazımdır.

                                        Səciyyəvi nasazlıqlar:

  • Eyni oxda olan təkərlərin fərqli təzyiqi;
  • Qabaq təkərlərin tənzimləmə bucaqlarının pozulması;
  • Yayların sərtliyinin pisləşməsi;
  • Təkər topu podşipniklərin köhnəlməsi;
  • Tənzimedici boşluqların tarazlığının pozulması;
  • Zərbələr nəticəsində yaranmış müxtəlif gizli zədələr və s.

Avtomobilin hərəkət hissəsinin diaqnostikası

Avtomobilin hərəkət hissəsinin vaxtaşırı diaqnostikası olduqca çox vacibdir. Məhz onun yerinə yetirilməsi sayəsində hərəkət zamanı rahatlığı və təhlükəsizliyi qoruyub saxlamaq, avtomobilin ən mühüm sisteminin sazlığını yoxlamaq olar.

Hərəkət hissəsinini nə vaxt diqnostikadan keçirmək lazımdır?

Hərəkət hissəsinin diaqnostikası məsuliyyətli sürücü üçün bir qayda olmalıdır və mütəmadi olaraq həyata keçirilməlidir.  Mütəxəssislər müxtəlif rəqəmlər tövsiyyə edirlər: 10-30 min km. Çox şey istismar şəraitindən, gündəlik getdiyiniz yollardan, avtomobilin idarəetmə xarakterindən asılıdır.

Bəzən hətta 10 000 km.-dən də tez avtomobili yoxlamadan keçirmək lazım olur. Taqqıltının və hərəkət zamanı uğultunun əmələ gəlməsi, sürəti artırandan sonra avtomobilin sabitliyinin pozulması,  döngədə kuzovun nəzərəçarpan yana əyilməsi, tormoz yolunun artması və s. mütəxəssisə müraciət etməyə səbəb ola bilər.

Bakıda hərəkət hissəsinin diqanostikası aşkar və gizli problemlərin olmadığında da lazımdır. Onun köməyi ilə çox detalların vəziyyətinin və işlək resursunu müəyyən etmək olar. Beləliklə, sürücü nə vaxt nəyi dəyişmək lazım olacağını, yaxın və uzaq gələcəkdə hansı xərclər çəkəcəyini öyrənə bilər.

Avtomobilim hərəkət hissəsinin diaqnostikasının alqoritmi.

  1. Avtomobili qaldırıcı mexanizmə quraşdırmaq, montajın köməyi ilə:
  • Aşağı qolların saylenbloklarının vəziyyətinin yoxlamaq;
  • Yuxarı qolların saylenbloklarının vəziyyətinin yoxlamaq;
  • Sükan reykasının bərkidilmə yerlərində saylentblokların və vtulkaların vəziyyətini yoxlamaq.

2.Kuzovun meydançasına dirənərək avtomobilin qabaq oxunun qaldırılması

  • Təkər toplarının podşipniklərində boşluqların olub-olmamasının yoxlanması;
  • Sükan birləşmələrinin boşluqlarının olub-olmaması;
  • Şar birləşmələrinin boşluqlarının olub-olmaması;
  • Xarici müayinə yolu ilə sükan birləşmələrinin, sükən reykasının, şar dayaqların, bərabər bucaq sürət şarnirlərinin, amortizatorların/dirəklərin qoruycu çexollarının olub-olmamasının yoxlanması;
  • Sükan mexanizminin kardan birləşməsinin yoxlanması (imkan daxilində);
  • Xarici müayinə yolu ilə yayların (resorun) və amortizatorların/dirəklərin vəziyyətinin yoxlanması (çatlar, maye sızıntıları).

İmkan daxilində əyləc disklərinin, kolodkilərın, şlanqların vəziyyətininin dəyərləndirilməsi ( işçi səthinin köhnəlmə faizi, çatlar).

3.Aşağı qollara dirənərək avtomobilin qabaq oxunun qaldırılması ( ehtiyyac olduqda).

  • Şar dayaqların boşluqlarının olub-olmamasının yoxlanması.

4.Montaj ilə həmçinin:

  • Uzununa, eninə dartıcı qüvvənin saylenbloklarının və tirin saylentbloklarının vəziyyətinin yoxlanması.

5.Kuzovun meydançasına dirənərək avtomobilin arxa oxunun qaldırılması

  • Təkər toplarının podşipniklərində (körpünün yarımoxunda) boşluqların olub-olmamasının yoxlanması;
  • Sükan birləşmələrinin boşluqlarının olub-olmaması;
  • Şar birləşmələrinin boşluqlarının olub-olmaması;
  • Xarici müayinə yolu ilə sükan birləşmələrinin, sükün reykasının, şar dirəklərin(dayaqların), bərabər bucaqlı sürət şarnirlərinin, amortizatorların/ dirəklərin qoruycu çexollarının olub-olmamasının yoxlanması;

6.Aşağı qollarına dirənərək avtomobilin arxa oxunun qaldırılması ( arxa çoxqollu asma olduğu halda).

  • Şar dayaqların boşluqlarının olub-olmamasının yoxlanması.

İmkan daxilində əyləc disklərinin, kolodkilərın, şlanqların vəziyyətininin dəyərləndirilməsi ( işçi səthinin köhnəlmə faizi, çatlar), transmissiya yağlarının sızması.

7.Avtomobilin hər iki oxa endirilməsi:

Kuzovun yandan yırğalama yolu ilə köndələn sabitlik stabilizatorunun bərkidilmə vtulkalarının, stabilizatorun (linkin) dartıcı qüvvə vtulkalarının, avtomobilin qabaq və arxa oxlarında stabilizatorun (linkin) dartıcı qüvvə şarnirlərinin vəziyyəti müəyyən edilir.

Müəyyən konstruksiyalı tam ötürücü sistemli avtomobillərdə qabaq təkərlərin təkər topunun bərabər bucaqlı sürət şarnirlərinin dayaq vtulkalarında boşluqların olub-olmamasını yoxlamaq lazımdır.

İmkan daxilində kardan valının şarnirlərinin vəziyyətini yoxlamaq lazımdır.

8.Mühərrik bölməsinin qapağını açanda və kuzovu şaquli yırğalıyanda amortizatorun dirəklərinin yuxarı dayaqlarınının vəziyyətini yoxlayırıq.

  • Facebook
  • Twitter
  • Instagram
  • Google